QARABAĞ AZƏRBAYCANDIR!

Cahangir Əsgərov vəzifəsindən azad edildi 308
2023-09-01 19:31 | 0 Rəy

Cahangir Əsgərov vəzifəsindən azad edildi

Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

“Gündəmtv.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

Qeyd edək ki, Cahangir Əsgərov 2008-ci ildən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti olub. Qafqazinfo

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş