QARABAĞ AZƏRBAYCANDIR!

Cahangir Əsgərov vəzifədən azad edildi 16
2023-01-24 14:46 | 0 Rəy

Cahangir Əsgərov vəzifədən azad edildi

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb. 

Gündəmtv.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prosesi gedir.

Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın yayılacağı gözlənilir.

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş