QARABAĞ AZƏRBAYCANDIR!

Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb 115
2023-10-26 10:09 | 0 Rəy

Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Əvvəlki qərarla həmin müddət 2023-cü il oktyabrın 2-dək nəzərdə tutulmuşdu.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş