QARABAĞ AZƏRBAYCANDIR!

Bu tarixdən dərs olmayacaq - Məktəblər bağlanır 111
2023-11-14 09:52 | 0 Rəy

Bu tarixdən dərs olmayacaq - Məktəblər bağlanır

Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr - 5 gün olmaqla əhatə edir", deyə nazirlik qeyd edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş