QARABAĞ AZƏRBAYCANDIR!

Bu sürücülər barəsində protokol tərtib olundu - FOTO 11
2023-03-10 22:38 | 0 Rəy

Bu sürücülər barəsində protokol tərtib olundu - FOTO

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Gündəmtv.az-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanıb. Onlarla maarifləndirici söhbət aparılıb və qanunvericiliyin tələbləri izah edilib. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunub.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş