Bu şəxslərin evləri təmir olunacaq - 300 min manat ayrıldı
Bakı şəhəri, Abşeron, Ağcabədi, İsmayıllı və Göygöl rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işləri aparılacaq.
“Gündəmtv.az”ın məlumatına görə, layihə çərçivəsində binaların yararsız hissələri söküləcək və təmir ediləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti layihənin icrası üçün “SDS Group” MMC-yə 289,833 min manat ödəniş edəcək.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş