QARABAĞ AZƏRBAYCANDIR!

Bu şəxslər oruc tutmamalıdır 73
2023-03-15 20:41 | 0 Rəy

Bu şəxslər oruc tutmamalıdır

“Ramazan ayında oruc tutmağın orqanizm, xüsusilə də həzm sistemi üçün çox böyük faydaları var. Dünyanın ən aparıcı elmi araşdırmaları da bunu təsdiq edir” . 

“Gündəmtv.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

E.Məmmədov qeyd edib ki, oruc tutan zaman bədəndə bərpa prosesi gedir, insan orqanizminin hüceyrələri yenilənir, orqanizm daha uzunömürlü olur.

Qastroenteroloq bildirib ki, oruc tutmağın faydaları olsa da burada müəyyən nüanslar da nəzərə alınmalıdır: “Belə ki, əgər pasiyent hansısa kəskin xəstəlikdən faktiki müalicə alırsa, mədə-onikibarmaq bağırsaq xorası, qaraciyərin hepatit xəstəliyi, öd daşı xəstəliyi, pankreatit kimi xəstəliklərdən əziyyət çəkirsə, oruc tutmaq xəstəliklərinin daha da kəskinləşməsinə gətirəcək.

Bəzi qrup insanlar var ki, onlara oruc tutmaq qətiyyən tövsiyə olunmur. Onlar hamilə qadınlar, südverən analar, onkoloji pasiyentlər, diabetli xəstələr, ürək damar xəstəliyindən əziyyət çəkənlər, aşağı təzyiqi olan insanlardır”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən, martın 23-ü Ramazan ayının ilk günüdür.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş