QARABAĞ AZƏRBAYCANDIR!

“Bu, ölüm anlayışıdır, olmaq və ya olmamaq?” – Tevanyan Paşinyanı TƏNQİD ETDİ 108
2022-10-13 09:33 | 0 Rəy

“Bu, ölüm anlayışıdır, olmaq və ya olmamaq?” – Tevanyan Paşinyanı TƏNQİD ETDİ

“Paşinyan 1988-ci il hərəkatının səhifələrini bağlamağı, “Artsax”ı unudub hər şeyi sıfırdan başlamağı təklif edir”.

Gündəmtv.az erməni mediasına istinaddən xəbər verir ki, bu fikirləri “Ermənistan” fraksiyasından olan deputat Andranik Tevanyan səsləndirib:

“2022-ci il sentyabrın 30-da Ermənistanın 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinin ləğv olunduğunu rəsmən elan etdilər. Nikol Paşinyan Ermənistanın İctimai Telekanalının efirində Bəyannaməni cırıb, ondan sonra yenisini təqdim edib. Yeni bəyannamənin əsas kodu Ermənistanın “Artsax”dan ayrılması və Azərbaycan-Türkiyə tandeminin mərhəmətinə təslim olmasıdır. Paşinyan əmin deyil ki, “Artsax”ı tanımaq bahasına 29800 kv.km ərazini, yaxud Ermənistanı saxlaya biləcək. lakin hər halda yeni Ermənistan şüarını bəyan edir: “Qarabağ Azərbaycandır”” – Tevanyan vurğulayıb.

“Beləliklə, o, 1988-ci il hərəkatının səhifələrini bağlamağı, “Artsax”ı unudub  opponentlərimizin təkliflərini təmin etməyi və hər şeyi Nikolovski kimi - sıfırdan başlamağı təklif edir. Bu, ölüm anlayışıdır. Olmaq və ya olmamaq? Sual ritorik deyil”, - Tevanyan fikirlərini tamamlayıb.

İlkin Əlyar

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş