Bu ölkədə son 20 ilin ən yüksək temperaturu qeydə alındı
İspaniyada iyun ayında son 20 ilin ən yüksək temperaturu qeydə alınıb.
"Gündəmtv.az" xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, İspaniyanın cənubundakı Sevilya və Kordoba şəhərlərində temperatur 44 dərəcəyədək çatıb. Ölkənin şimalında – paytaxt Madriddə, Saraqosa və digər şəhərlərdə isə 40 dərəcə isti qeydə alınıb.
Ölkə ərazisində şiddətli istilərin bir müddət davam edəcəyi proqnozlaşdırılır.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş