QARABAĞ AZƏRBAYCANDIR!

Bu müəllimlərin maaşı 50% artırılır 45
2023-09-14 16:23 | 0 Rəy

Bu müəllimlərin maaşı 50% artırılır

Azərbaycan universitetlərində tədris aparan bəzi müəllimlərin əməkhaqqı 50% artırılır.

“Gündəmtv.az”ın məlumatına görə, bu, “tədqiqatçı” statusu verilmiş müəllimlərdir.

Belə ki, bu status “Google Scholar”da son 5 ildə məqalələrinə istinadların sayı 100-dən artıq (özünəistinadların sayı hər il üzrə ikidən çox olmamaqla) və “H” indeksi 8-dən çox olan müəllimlərə verilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov sözügedən universitetdə 5 müəllimə “tədqiqatçı” statusunun verildiyini və müvafiq olaraq əməkhaqqının 50% artırıldığını deyib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş