QARABAĞ AZƏRBAYCANDIR!

"Bu məsələyə görə Rusiya və Azərbaycanın münasibətləri kəskinləşə bilər" - AÇIQLAMA 151
2021-12-15 01:09 | 0 Rəy

"Bu məsələyə görə Rusiya və Azərbaycanın münasibətləri kəskinləşə bilər" - AÇIQLAMA

Brüsseldə dövlət başçısı İlham Əliyev İrəvana və Moskvaya açıq mesaj verib: "Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postu olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, o zaman biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır” - dövlət başçısı bildirib".

Mövzu ilə bağlı Gündəmtv.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Nikol Paşinyanla görüşdə dəhliz məsələsi gündəmə gəlib. Ermənistan bu məsələni müzakirə etmək istəmir. Amma  prezident gündəliyi açıqlayıb: "Prezidentin Laçın dəhlizi ilə bağlı mövqeyi xüsusi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, Ermənistan dəhliz deyil, özü nəzarət etmək niyyətində olduğu yolu vermək istəyirsə, bu, 10 noyabr Birgə Bəyannaməsinin 9-cu bəndinə ziddir.  Azərbaycan da haqlı olaraq Laçın dəhlizində post qura bilər".

Məhəmməd Əsədullazadə - 24media.az

Əsədullazadə əlavə edib ki, Rusiyanın mövqeyinə gəldikdə isə, Kreml Ermənistanı bundan sonra dəhlizə məcbur edə bilər. Əks halda isə, Laçın dəhlizi ilə bağlı Rusiya-Azərbaycan münasibətləri kəskinləşə bilər. Bu da Moskvanın marağında deyil.

İlkin Əlyar

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş