QARABAĞ AZƏRBAYCANDIR!

Bu məcburi köçkünlər üçün 220 min manat ayrıldı 33
2023-11-14 10:38 | 0 Rəy

Bu məcburi köçkünlər üçün 220 min manat ayrıldı

Bakı, Şirvan şəhərləri, Ağcabədi və Biləsuvar rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzilləri təmir ediləcək.

“Gündəmtv.az”ın məlumatına görə, təmir işlərinə tavanların köhnə rənginin və daxili divar səthlərindən kley qalıqlarının qaşınıb təmizlənməsi, paduqaların, daxili divarların yararsız oboy örtüyünün, döşəmənin yararsız plintus və laminat örtüyünün sökülməsi işləri daxildir.

Təmir “Resing Construction Group” MMC tərəfindən həyata keçiriləcək və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti layihə ilə bağlı şirkətə 222,348 min manat ödəniş edəcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş