QARABAĞ AZƏRBAYCANDIR!

Bu idmançı və məşqçilər mükafatlandırılacaq - FOTO 121
2024-01-20 12:53 | 0 Rəy

Bu idmançı və məşqçilər mükafatlandırılacaq - FOTO

Olimpiya ilə yanaşı, paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılacaq.

Gündəmtv.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” Azərbaycan Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb

Qərarla paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılanlar siyahısına əlavə olunub.

Mükafat məbləğlərinin cədvəlini təqdim edirik:

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş