QARABAĞ AZƏRBAYCANDIR!

Bu gün Yel çərşənbəsidir 112
2022-10-13 09:33 | 0 Rəy

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

"Gündəmtv.az" xəbər verir ki, Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir.

Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.

Qeyd edək ki, Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 15-də qeyd ediləcək. Martın 19-u ölkəmizdə bayram axşamı, martın 20-si isə bayram günü kimi keçiriləcək.

Qeyd edək ki, 2022–ci il martın 20, 21, 22, 23, 24 Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, martın 20-si bazar gününə təsadüf etdiyindən, iş və istirahət günlərinin yeri dəyişdirilərək ayın 25-i qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün, Novruz bayramı ilə əlaqədar 8 gün istirahət edəcəyik. İş günü martın 28-dən başlayacaq. Şənbə və bazar günləri də daxil olmaqla, mart ayında 13 gün qeyri-iş günüdür.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş