Bu gün 13 qəsəbə və 10 kənddə qaz olmayacaq
"Əhmədbəyli" ölçü qovşağından qidalanan orta təzyiqli xətt üzərində qaz tənzimləyici qurğunun quraşdırılması ilə bağlı 21.11.2023-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Ölkə.az "Azəriqaz" İB-dən bildirilib.
Təmir-quraşdırma işləri görülən müddətdə Füzuli rayonunun 13 qəsəbəsinin və 10 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş