QARABAĞ AZƏRBAYCANDIR!

"Bu baş versə, Ermənistan Türk vilayətinə çevriləcək" - Matevosyan 654
2022-10-13 09:33 | 0 Rəy

"Bu baş versə, Ermənistan Türk vilayətinə çevriləcək" - Matevosyan

"Rusiya hərbiçiləri Ermənistanı tərk etsə, ölkə  Türk vilayətinə çevriləcək". 

"Gündəmtv.az"  erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri erməni politoloq Matevosyan səsləndirib. O bildirib:

"44 günlük müharibə zamanı yalnız  Rusiya prezidenti Qarabağ ermənilərinin taleyi ilə maraqlandı. Bu müharibə Rusiyanı çox narahat edirdi."

"Rusiya başa düşür ki, Ermənistan ordusunun  güclənməsi  Rusiyanın maraqlarına uyğundur" - Matevosyan vurğulayıb.

Digər maraqlı tərəf isə İrandır. Rəsmi Tehran Ermənistan silahlı qüvvələrinin İranla sərhəddə olmasına  üstünlük verir.  Həmçinin  Ermənistan ordusunun   modernləşdirilməsini və yenidən qurulmasını vacib sayır.

O vurğulayıb: "Ermənistandan Rusiya qoşunlarının  çıxarılmasını tələb edənlərlə qəti şəkildə razılaşmaq olmaz. Ruslar gedəndən sonra ölkəmiz türk vilayətinə çevriləcək."

Artıq  Rusiya da, İran da, onların himayəsində illərdir işgalçı siyasəti aparan Ermənistan da bilirki  Azərbaycanın  mövqeyi  dəyişməzdir. Azerbaycan öz əzəli torpaqlarını bərpa edir. Qarabağla bərabər Zəngəzur da, Azərbaycana qaytarılmalıdır.

İlkin Əlyar

                                                                                        

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş