QARABAĞ AZƏRBAYCANDIR!

Brüsseldə Şarl Mişellə Nikol Paşinyan arasında görüş başa çatdı - YENİLƏNİB 177
2023-07-15 16:39 | 0 Rəy

Brüsseldə Şarl Mişellə Nikol Paşinyan arasında görüş başa çatdı - YENİLƏNİB

Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb. 

Bununla bağlı Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, tərəflər bu gün keçirilməsi planlaşdırılan üçtərəfli görüşü, eləcə də əvvəlki təmaslarda əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

***

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşü başlayıb.

Qeyd edək ki, Şarl Mişel bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş də planlaşdırılıb. Bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alıb. Bu, dövlət başçıları arasında sayca Brüssel formatında altıncı görüşdür. Bundan öncəki görüş bu il mayın 14-də baş tutub.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş