QARABAĞ AZƏRBAYCANDIR!

Brüsseldə maskası cırılan "milli satqın"lar: Onların iç üzü necə ifşa edildi ? 761
2021-12-16 17:20 | 0 Rəy

Brüsseldə maskası cırılan "milli satqın"lar: Onların iç üzü necə ifşa edildi ?

Dövlət başçısı İlham Əliyev Belçikanın paytaxtı Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqının rəhbəri Şarl Mişel, eləcə də Fransa prezidenti Emmanuel Makronla  çox vacib görüşlər keçirir. Hansı ki, bu görüşlərin nəticəsindən Azərbaycanın regionda və dünyada güclü dövlət kimi sərgilədiyi mövqeyin qorunub saxlanılması birbaşa asılıdır. Müzəffər Ali Baş Komandanın siyasi iradəsi və çox böyük diplomatik savadı nəticəsində Qarabağda qazandığımız böyük ZƏFƏR, məhz Brüsseldə də təkrarlanır. Belə bir vacib məqamda isə illərdir Azərbaycanın uğurlarını həzm edə bilməyən, xarici qrantlar hesabına nəinki dövlətini, hətta vətənini və millətini satan, daha da dərinə getsək, əbədi və əzəli düşmənimiz olan erməninin və ona havadarlıq edənlərin “peşka”sına çevrilən “vətənşüvənlər” yağışdan sonra bitən göbələk kimi üzə çıxırlar.

Bəs niyə məhz Azərbaycan üçün taleyüklü məsələlər müzakirə olunan zaman?

Cavab olduqca sadədir, milli satqınlar əl açıb diləndikləri ağalarından aldıqları tapşırığı can-başla yerinə yetirməyə, sadə dildə desək özlərini göz(t)ə soxaraq daha çox pul almağa tələsirlər. Elə bu tələskənliklə də, Brüsselə gələn 3-5 nəfər “milli satqın” ağalarının yazıb verdiyi şüarları səsləndirməklə, Azərbaycanın və onun liderinin əldə etdiyi uğurlara kölgə salmağa çalışırlar. Təbii ki, mənfur plan tamamilə fiaskoya uğrayır, “dilənçi”lər isə suyu süzülə-süzülə ağalarının yanına üzü qara şəkildə qayıdır. İndi isə gəlin detallara fikir verək. Siyasi mübarizənin mahiyyətini dərk etməyən 3-5 nəfər, yalnız söyüş ritorikasına əl atmaqla, necə deyərlər “çuluğunu sudan çıxartmağa” çalışır. Bu isə dırnaqarası müxalifətin söyüşlərindən zinhara gəlmiş Belçikada yaşayan azərbaycanlıların qəzəbinə səbəb olur. Nəticədə erməni xislətliləri Brüsseldən iti qovan kimi qovurlar. Polisə sığınan bu üzdəniraqların isə qaçmaqdan başqa çarəsi qalmır.

Almaniya, Fransa ve digər Avropa ölkələrindən fərqli olaraq Brüsseldə üzdəniraq müxalifət heç nə edə bilmir. Bunun qarşısını alan ən başlıca səbəblərdən biri də Belçikada 2020-ci ildə qurulan “Belçika Azərbaycanlıları Federasiyası” diaspor təşkilatıdır. Təşkilati bazası və ictimai dayaqları möhkəm olan mütəşəkkil diaspora təşkilatının qurulması bu üzdəniraq müxalifətin qol-qanad açmasının qarşısını uğurla alır və nəticədə dövlətçilik maraqlarımız qorunur. Brüsseldə təxminən 1200-dən çox azərbaycanlı yaşamasına, onların arasında fərqli düşüncə sahiblərinin olmasına baxmayaraq, bu insanların hamısını dövlət və millət amalı birləşdirir. Məhz bu amal uğrunda canından keçməyə hazır olan insanlar Brüsseldə təxribatın qarşısını alaraq, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdilər. Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı yüksək səviyyədə qarşılanması, oradakı azərbaycanlılar tərəfindən dəstəklənməsi bunun əyani sübutudur. Adını müxalifət qoyub, xaricdən aldığı qrantlar hesabına milli və dövlətçilik maraqlarını təhlükəyə atan erməni xislətlilərin mənfur planları isə hər zaman fiaskoya uğrayacaq.

KONKRET.az

 

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş