QARABAĞ AZƏRBAYCANDIR!

Brüsseldə keçiriləcək üçtərəfli görüşün günü və saatı açıqlandı 228
2023-07-14 13:11 | 0 Rəy

Brüsseldə keçiriləcək üçtərəfli görüşün günü və saatı açıqlandı

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alır.

Qeyd olunub ki, görüş yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 15:00-da) keçiriləcək.  

Bundan əvvəl bildirilirdi ki, görüş iyulun 21-də keçiriləcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş