QARABAĞ AZƏRBAYCANDIR!

Britaniyada "omikron" ştammına yoluxma hallarının sayı artır 77
2022-10-13 09:33 | 0 Rəy

Britaniyada "omikron" ştammına yoluxma hallarının sayı artır

Böyük Britaniyada ötən sutka ərzində koronavirusun yeni "omikron" ştammına 249 yoluxma halı qeydə alınıb.

"Gündəmtv.az"-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə bu ştamma yoluxanların sayı 817 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ümumilikdə koronavirusa 50 867 yoluxma, 148 ölüm halı qeydə alınıb.

Böyük Britaniyada koronavirusa yoluxanların ümumi sayı 10 660 981 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusdan 146 135 nəfərə vəfat edib./Trend

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş