QARABAĞ AZƏRBAYCANDIR!

BQXK-nin avtomobilləri Ağdam-Xankəndi yolunda 88
2023-09-18 07:45 | 0 Rəy

BQXK-nin avtomobilləri Ağdam-Xankəndi yolunda

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 1 yük, 2 minik maşını artıq işğaldan azad edilmiş Ağdam rayon ərazisinə daxil olublar.

Onlar Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin postunu keçib.

Humanitar yardım daşıyan avtomobilləri qarşı tərəfdə BQXK-nın Xankəndidə yerləşən ofisinin nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş