QARABAĞ AZƏRBAYCANDIR!

"Bomj"ların yuvasına çevrilən universitet: Elşad Abdullayev ABU-nu necə məhv edib? - VİDEO 620
2023-05-11 13:32 | 0 Rəy

"Bomj"ların yuvasına çevrilən universitet: Elşad Abdullayev ABU-nu necə məhv edib? - VİDEO

Fəaliyyəti dayandırılmış, rəhbəri isə Fransadan siyasi sığınacaq almış  Azərbaycan Beynəlxalq Universiteti xarabalığa çevrilib.

Gündəmtv.az xəbər verir ki, vaxtilə Elşad Abdullayevin Azərbaycan dövlətindən və tələbələrdən mənimsədiyi milyonlarla vəsait hesabına tikilən, şəhərin ən prestijli yerində yerləşən və göz oxşayan təhsil müəssisəsi indi "bomj"ların yuvasına çevrilib. Elşad Abdullayev isə Fransada oturaraq Azərbaycan əleyhinə məkrli planlar hazırlamaqla və erməni lobbisindən aldığı pullarla kef çəkməklə məşğuldur. 

ABU-nun binasının otaqları isə artıq dağılıb, həyətini isə ot-alaf basıb. Bir sözlə, hazırda həyəti tələbə üzünə həsrət qalmış sabiq təhsil ocağı əsl xarabalığı xatırladır. Bu səbəbdən də gecələr narkomanların və tufeyli həyat tərzi keçirən insanların məskəninə çevrilib. Amma bu baxımsız binanın dövlətin balansına keçirilməsi və zəruri infrastruktur kimi istifadə edilməsi mümkündür. Lakin hələlik dövlət tərəfindən baxımsız və boş qalan bina ilə bağlı heç bir qərar verilməyib. 

Qeyd edək ki, ABU 1997-ci ildə fəaliyyətə başlayıb. Ali təhsil ocağı bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutub. Təhsil ödənişli əsaslarla olub. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərib, təhsil Azərbaycan və rus dillərində aparılıb. 1997-ci il Nazirlər Kabinetinin qərarı ilə özəl ali məktəb statusu alan universitet Ədliyyə Nazirliyinin şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçib. Fəaliyyəti dövründə 3 dəfə lisenziya ala bilsə də, 4-cü dəfə-2010-cu ildə ABU-ya lisenziya verilməyib.

Gündəmtv.az

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş