QARABAĞ AZƏRBAYCANDIR!

Bir Qarabağı azad etdik ,  digəri  isə hələdə "işğal "altındadır... ƏTRAFLI 504
2021-10-30 22:25 | 0 Rəy

Bir Qarabağı azad etdik , digəri isə hələdə "işğal "altındadır... ƏTRAFLI

 Bir zamanlar Sumqayıt   şəhər gənclərinin ən sevimli məkanlarından biri olan "Qarabağ" kinoteatrı  bu gün miskin və yazıq görkəmi ilə sanki bir xarabalığı xatırladır. Bir zamanlar şəhərin ən müasir mədəniyyət ocağı kimi tikilən bu məkan hansısa işbazların qazanc mənbəyinə çevrildi. Bir zamanlar  Qarabağımızın  acı taleyini Sumqayıtdakı eyni adlı kinoteatr da yaşamalı oldu.

Gözəl  Qarabağımız ermənilərin işğalına məruz qaldığı bir vaxtda, "Qarabağ" kinoteatrıda  Sumqayıtdakı işbazların işğalına  məruz qaldı.

Bir vaxtlar  Dünya Teleradio şirkətinin (DTV) ofisinə çevrilən "Qarabağ" kinoteatrında  uzun müddət  heç bir film göstərilmədi, qapılarını qonaqların üzünə  birdəfəlik bağladı . Özəlləşdirildikdən sonra isə profili tamamilə dəyişən kinoteatr sanki yağışdan çıxıb yağmura düşdü.

Çayxana,yeməkxana,atelye,videoprokat,televiziya daha nələr nələr. Bircə kinoteatra çevrilə bilmədi.  Sumqayıt sakinləri isə kinoya yalnız televizordan baxmaqla kifayətləndilər.

Bu gün ölkəmizdə  bütün sahələrə olduğu kimi kinomotaqrafiya sahəsinə  olan  diqqət və qayğı yüksək səviyyədədir.  Sumqayıt sakinləridə mövcud olmuş  kinoteatrın avtomobil salonuna,  pivəxanaya,  restorana çevrilməsinə biganə qala bilmirlər.
Çünki şəhərdə belə mədəni istirahəti təşkil etmək üçün yerlər olduqca azdır .

Sumqayıt sakinləri ümüd edirlərki, Ali Baş Komandan İlham Əliyev cənablarının "Dəmir Yumruq" siyasəti nəticəsində öz əbədi azadliğına  qovuşan  Qarabağımız  kimi, onun adını daşıyan "Qarabağ" kinoteatrıda "işğal"dan azad olunacaq və öz təyyinatı üzrə  sakinlərə xidmət edəcək.

 

Sumqayıt şəhərində kinoteatrların vəziyyəti necədir (FOTOREPORTAJ)

 

 

Sumqayıt şəhərində kinoteatrların vəziyyəti necədir (FOTOREPORTAJ)

Sumqayıt şəhərində kinoteatrların vəziyyəti necədir (FOTOREPORTAJ)


 

 

Qalareya

Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş