QARABAĞ AZƏRBAYCANDIR!

Beynini direllə deşən adamın açıqlaması eşidənləri heyrətə saldı - FOTO 129
2023-07-21 16:56 | 0 Rəy

Beynini direllə deşən adamın açıqlaması eşidənləri heyrətə saldı - FOTO

Mişel Raduqa adlı bir rusun atdığı addım bütün dünyanı heyrətə gətirib.

"Gündəmtv.az" Ölkə.Az-a  istinadən xəbər verir ki,  o, xırdavat mağazasından aldığı direllə evinin qonaq otağında özünə beyin əməliyyatı etməyə çalışıb.

40 yaşlı rusiyalı araşdırmaçı direllə beynini deşib. Mişel beyninə çip yerləşdirərək yuxularına nəzarət etmək istədiyini deyib.
Saatlarla internetdə neyrocərrahların əməliyyat videolarını izləyən Mişel sözlərinə belə davam edib:

“Drel götürdüm, başımda deşik açdım və beynimə elektrod yerləşdirdim".

Az qala qanaxmadan ölmək üzrə olan rus iddia edib ki, onun bu addımı yuxu idarə texnologiyaları üçün böyük perspektivlər açır. O, beyninə yerləşdirdiyi çipin 10 saat işlədiyini söyləyib.

“Daily Mail”də dərc olunan məqalədə bildirilib ki, həyat üçün təhlükə yaradan araşdırma resenziyalı jurnallarda dərc olunmayıb və heç bir universitet tərəfindən təsdiq edilməyib.

Billurə

 

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş