QARABAĞ AZƏRBAYCANDIR!

“Bərabər yeni bir Qarabağ quracağıq” 20
2021-06-16 17:40 | 0 Rəy

“Bərabər yeni bir Qarabağ quracağıq”

“Ermənilər gələndə işğalçı, gedəndə dağıdıcıdırlar. Sadəcə, bu fakt belə Qarabağın kimin torpağı olduğunu göstərir”.

“Gündəmtv.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxış edərkən deyib. 

O bildirib ki, azərbaycanlılar 30 il əvvəl yurdlarını tərk etmək məcburiyyətində qalanda evlərini yıxmayıb, dağıtmayıblar: “Çünki öz evlərini yıxa bilməzdilər. Azərbaycanlılar indi onların dağıtdıqlarını bərpa edəcəklər. Bərabər yeni bir Qarabağ quracağıq, bərpa edəcəyik. Qarabağ dünyanın ən gözəl bölgələrindən, mədəniyyətinə görə də dünyanın ən gözəl yerlərindən biridir. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq bu dönəmdə də Azərbaycanın yanında yer almağa davam edəcəyik”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş