QARABAĞ AZƏRBAYCANDIR!

BƏƏ və ABŞ Fars körfəzində təlimlər keçirir 28
2022-10-13 09:33 | 0 Rəy

BƏƏ və ABŞ Fars körfəzində təlimlər keçirir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Dəniz Qüvvələri (HDQ) Fars körfəzində ABŞ-dan olan həmkarları ilə birgə ənənəvi “Iron Defeder” təlimləri keçirir.

Gündəmtv.az TASS-a istinadən xəbər verir ki, manevrlərdə dənizdə təhlükəsizliyin təmin edilməsi, minalara qarşı müdafiə və limanların mühafizəsi üzrə əməliyyatlar zamanı koordinasiyalı fəaliyyət işlənəcək.

Təlimlərə ABŞ tərəfdən HDQ-nin, habelə Dəniz piyadaları və sahil mühafizəsi korpusunun 600-dən çox hərbçisi, gəmilər və qayıqlar cəlb edilib. Təlimlərdə iştirak edən BƏƏ hərbçilərinin sayı açıqlanmır.konkret.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş