QARABAĞ AZƏRBAYCANDIR!

BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi 16
2023-05-31 17:29 | 0 Rəy

BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib.

“Gündəmtv.az” xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş