Bayramovla Mirzoyanın görüşü başladı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
"Gündəmtv.az" xəbər verir ki “Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
Görüş ABŞ-nin Arlington şəhərində keçirilir.
Qeyd edək ki, mayın 1-də də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş