QARABAĞ AZƏRBAYCANDIR!

Bakının 30 il Brüsselə gedib-gəlmək niyyəti yoxdur: "Budəfəki Brüssel görüşü real nəticələrlə yadda qalacaq" - İLGİNC PROQNOZ 127
2023-07-06 17:15 | 0 Rəy

Bakının 30 il Brüsselə gedib-gəlmək niyyəti yoxdur: "Budəfəki Brüssel görüşü real nəticələrlə yadda qalacaq" - İLGİNC PROQNOZ

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşü gözlənilir. Son günlərsərhəddə baş verən erməni təxribatları fonunda bu görüşün olduqca maraqlı və gərgin keçəcəıyi deyilir. Siyasi analitiklər Brüssel görüşündə müəyyən müsbətnəticələrin əldə olunacağını da proqnozlaşdırırlar.

"Gündəmtv.az" xəbər verir ki mövzunu şərh edən politoloq Turan Rzayev qarşıda Azərbaycan cəmiyyətini maraqlı bir Brüssel görüşü gözlədiyini açıqlayıb:

 

“Son günlər Ermənistan-Azərbaycan arasındakı şərti dövlət sərhədində və rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə separatçıların davamlı təxribatlar törətməsi və rəsmi Bakının buna “Qisas-2″ əməliyyatı ilə cavab verməsi fonunda Brüssel görüşü olduqca gərgin keçəcək. Bundan başqa daha öncə Qərb formatında iki görüşün keçirilməsi və mühüm nəticələrin əldə olunmaması çox vacib nüans kimi qeyd olunmalıdır. Söhbət Kişnyov və Vaşinqton görüşlərindən gedir. Hansı ki, bu görüşlərdə istənilən nəticə əldə edilməyib. Bu baxımdan Brüssel görüşünə bir qədər pessimist ruhda yanaşılır. Amma hesab edirəm ki, budəfəki Brüssel görüşü real nəticələrlə yadda qalacaq. Burada söhbət təbii ki, görünən və görünməyən nəticələrdən gedir. Biz ortada bir nəticə olmadığını deyə bilmərik. Amma görüşdə ictimaiyyətə açıqlanmayan nəticələr də əldə olunur. Ermənistan tərəfi də, rəsmi Bakı da bəzən bu nəticələri açıqlamır. Bunun əsas səbəbi isə Rusiya faktoru ilə əlaqədardır”.

Politoloqun sözlərinə görə, Rusiya Cənubi Qafqazda sülhün olmasını, tərəflər arasında gərginliyin bitməsini istəmir:

“Bunun ən önəmli səbəbi isə Rusiyanın Cənubi Qafqazdakı varlığının burada yaratdığı süni gərginliklərlə davam etməsidir. Əgər sülh əldə olunarsa, o zaman Kremlin regiona təsir imkanları tamamilə bitəcək. Buna görə də, Moskva münaqişəni uzatmaqda israrlıdır. Kreml ən yaxşı halda özünə sərf edən sonluğun olmasını istəyir. Hesab edirəm ki, Brüssel görüşü zamanı ən çox sərhədlərin delimitasiyası məsələsi, kommunikasiya xəttlərinin açılması, əsirlərin mübadiləsi və Zəngəzur dəhlizi mövzusu müzakirə ediləcək. İndiki məqamda əsas fikir ayrılığı Zəngəzur dəhlizi üzərindədir. Sərhədlərin müəyyənləşdirilməsi məsələsində müəyyən qədər irəliləyiş olsa belə, Zəngəzur dəhlizi mövzusunda Bakının tələblərini İrəvan qəbul etmək istəmir. Buna görə də, proses uzanır və gərginlik artır. Amma rəsmi Bakının 30 il Brüsselə gedib-gəlmək niyyəti yoxdur. Bu dəfə vəziyyət ATƏT-in Minsk Qrupunun vaxtındakı kimi olmayacaq. Əgər növbəti Brüssel görüşündə real nəticə əldə olunmasa, bu zaman Azərbaycanın “Qisas-3″ adlı əməliyyata başlaması və məsələni hərbi yolla həll etməsi mümkündür”. KONKRET.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş