QARABAĞ AZƏRBAYCANDIR!

Bakıda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanılır 13
2023-02-07 19:00 | 0 Rəy

Bakıda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanılır

Bakıda Azərbaycan vətəndaşları Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım toplayır.

Gündəmtv.az xəbər verir ki, yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

Yardımlar əsasən, zərərçəkənlərin ehtiyacları olan qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, çadır, yataq, yorğan, döşək, generator və təmizlik alətləri və s.-dən ibarətdir.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.//Report

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş