QARABAĞ AZƏRBAYCANDIR!

Bakıda qadın öldürüldü, qardaşı saxlanıldı 93
2023-08-02 14:36 | 0 Rəy

Bakıda qadın öldürüldü, qardaşı saxlanıldı

Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Gündəmtv.az"-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.Ölkə.az"

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş