QARABAĞ AZƏRBAYCANDIR!

Bakıda polis əməliyyatlar keçirdi: 40 nəfər saxlanıldı 4
2021-09-14 16:37 | 0 Rəy

Bakıda polis əməliyyatlar keçirdi: 40 nəfər saxlanıldı

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində apardıqları mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilən növbəti əməliyyatlar nəticəsində rayonun Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 40 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib.

Bu barədə Gundemtv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, əməliyyat zamanı əvvəlcə Əmircan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Elxan Gözəlov və qardaşı Etibar saxlanılıblar. Onların üzərinə və qəsəbə ərazisində yaşadıqları evə baxış zamanı ümumi çəkisi 1 kiloqraram 21 qram olan heroin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində əsasən Əmircan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Nəvai Sadıqov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan və evinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 600 qrama yaxıb heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Həyata keçirilən növbəti əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qalib Nəsirov, Tərlan Rəhimov, Bəhruz Bağırov, Nicat Əhmədov, Nurlan Rəhimov, Ramin Yüzbəyov, Vasif Bayramlı,Şaiq Kərimli, Böyükağa Hüseynov, Meybulla İsrafilov, Elçin Nəbiyev, Faiddin Yüzbəyov və Adil Nurullayev də saxlanılaraq ərazi üzrə 30-cu Polis Şöbəsinə gətiriliblər. Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Orxan Mehdiyev, Kamran Şərifli, Seyran Rəhimov, Elşən Mirzəzadə, Valeh Mövsümov, Elvin Həsənov və Ruslan Şükürov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Əmircan, Bülbülə və Qaraçuxur qəsələrində narkotik vasitə və psixotrop maddələlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 17 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində Əkbər Rəhimov, Elman Burcəliyev, qohumu Elnur Burcəliyev, Ruslan Fərəcov, Ramil Əsgərov, Ziyad Babayev, Mehman Bəydəmirov, Vaqif Əsədzadə, Rafiq Quliyev, Kamran Həmidov, Arif Muradov, Aytən Şıxheybətova, Əkrəm Əliyev, Rəşad Mürvətov, Davud Qəzənfərov, Sübhan Hüseynzadə və Elçin Seyfullayev tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş