Bakıda ölən sabiq dövlət katibinin son müsahibəsi
Bakıda vəfat edən Rusiyanın sabiq dövlət katibi Gennadi Burbulis son müsahibəsini Haqqın.az-a verib.
"Gündəmtv.az" xəbər verir ki, “Rusiyanın SSRİ-nin bərpa etməsi cəhdinə necə yanaşırsınız?” sualına Burbulis belə cavab verib: “Bu sayıqlama və utopiyadır. SSRİ-ni bərpa etmək mümkün deyil!”
Burbulis Sovet İttifaqının dağılmasında xidmətləri olmuş siyasətçidir.
Sovet İttifaqının süqutunu elan edən Sazişdə olan məşhur cümlə – “SSRİ beynəxalq hüququn subyekti və geopolitik reallıq kimi öz movcudluğunu dayandırır” ifadəsi Burbulusə məxsus idi.
Burbulis SSRİ-də Demokratik Hərəkatın koordinatorlarından idi. Azərbaycan Xalq Cəbhəsi ilə Yeltsinin rəhbərlik etdiyi Demokratik Hərəkatın birgə koordinasiyasını Burbulis və Tofiq Qasımov həyata keçirib.
Burbulis Yeltsin Rusiyasının son dərəcə böyük siyasi fiquru idi.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş