QARABAĞ AZƏRBAYCANDIR!

Bakıda oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb (FOTO) 16
2022-01-09 07:35 | 0 Rəy

Bakıda oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb (FOTO)

Ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.

"Gündəmtv.az"  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Qalareya

Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş