QARABAĞ AZƏRBAYCANDIR!

Bakı-Şamaxı-Yevlax yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ 179
2023-08-11 12:47 | 0 Rəy

Bakı-Şamaxı-Yevlax yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 6-14-cü kilometrlik hissəsində yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, sözügedən işlər bir neçə gün davam etdiriləcək.
Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş