QARABAĞ AZƏRBAYCANDIR!

Bakı metrosuna istismar üzrə yeni baş mühəndis təyin edilib 109
2023-08-01 12:12 | 0 Rəy

Bakı metrosuna istismar üzrə yeni baş mühəndis təyin edilib

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisinin müavini Azər Mustafayev bu gündən baş mühəndis vəzifəsinə təsdiqlənib.

"Gündəmtv.az"ın əldə etdiyi məlumata görə, o, yeni vəzifəsində Əlixan Osmanovu əvəz edib.

A.Mustafayev 1968-ci ildə anadan olub, 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib, ixtisasca energetika mühəndisidir.

O, “Azərenerji” ASC-də istehsalat-texniki şöbənin rəis müavini, “Azərişıq” ASC-də Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi işləyib, 2019-cu ildən isə Bakı metrosunun istismar üzrə baş mühəndisinin müavini olub.

A.Mustafayev 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Ailəlidir. Bir oğlu və bir qızı var.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş