QARABAĞ AZƏRBAYCANDIR!

Bakı metrosu bayram və istirahət günlərində iş rejimini dəyişəcək 72
2023-11-06 15:35 | 0 Rəy

Bakı metrosu bayram və istirahət günlərində iş rejimini dəyişəcək

Nazirlər Kabinetinin qərarı ilə 8-12 noyabr tarixləri qeyri-iş günləri olduğundan “Bakı Metropoliteni” QSC-nin iş rejimində də müvafiq dəyişikliklər edilib.

Bunu Gündəmtv.az-ın sualına cavab olaraq səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.

Bununla belə, onun sözlərinə görə, 8 Noyabr - Zəfər Günündə qatarların hərəkət intervalı 2 dəqiqə olacaq:

“Həmin gün şəhərimizdə keçiriləcək kütləvi-mədəni tədbirlər nəzərə alınmaqla, qatarların hərəkəti “Həzi Aslanov - 28 May” istiqamətində və əksinə olmaqla 2 dəqiqəlik intervalla tənzimlənəcək. Noyabrın 9-12-də isə həmin sahədə qatarların hərəkət intervalı 3 dəqiqə təşkil edəcək. Bununla belə hər gün sərnişin hərəkətinin intensivliyinin artması halında ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Bütün stansiyalarda sərnişinə xidmət qurğu və avadanlıqlarının iş rejimi istirahət günlərinin qrafikinə uyğun tənzimlənəcək. Həmçinin “Bakmil” stansiyasına və əks istiqamətdə qatarlar noyabrın 8-də şənbə günü, qalan qeyri-iş günlərində isə bazar günü qrafikinə uyğun hərəkət edəcək”.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günləri olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günü idi.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş