QARABAĞ AZƏRBAYCANDIR!

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi 89
2023-08-03 14:12 | 0 Rəy

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 5-6 avqust tarixlərinə əlavə qatar reysləri təyin edib.

Gündəmtv.az” ADY-ə istinadən xəbər verir ki, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də qatar Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək. 

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş