QARABAĞ AZƏRBAYCANDIR!

Bağlanan bankda pulu qalanların nəzərinə: bu tarixdə ödəniləcək 76
2023-11-15 08:59 | 0 Rəy

Bağlanan bankda pulu qalanların nəzərinə: bu tarixdə ödəniləcək

Lisenziyası ləğv olunan "Muğanbank" ASC-də kompensasiyaların ödənilməsi 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək.

"Gündəmtv.az" xəbər verir ki, kompensasiyalar "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC vasitəsilə ödəniləcək.

Bildirilir ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Res-publikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Muğan Bank" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər. 

Əmanətçilərdən kompensasiyaların alınması üçün "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin istə-nilən filial və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti isə həm təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Həmçinin bildiririk ki, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq riotariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.

Qorunan əmanətçilər ərizə formalarını 27 noyabr 2023-cü il tarixdən etibarən "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin filial və şöbələrindən, eyni zamanda ƏSF-nin www.adif.gov. az saytından əldə edə bilərlər. əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin bütün filial və şöbələri tərəfindən həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar - açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya ti isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcək.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə "Muğanbank" ASC müflis elan edilib və Əmanətlərin Sığortalanma-sı Fondu Bankın ləğvedicisi təyin edilib. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Muğanbank" ASC-də sığorta hadisəsi günü 24 noyabr 2023-cü il müəyyən edilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş