AzTV Xocavənd terroruna görə yayım siyasətini dəyişdi
AzTV Xocavənddə baş vermiş hadisə ilə əlaqədar yayım siyasətində dəyişiklik edib.
Gündəmtv.az xəbər verir ki, bu barədə televiziya bəynat yayıb.
“Hörmətli tamaşaçılar, Xocavənddə baş vermiş hadisə ilə əlaqədar "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC həftəlik proqram siyasətində dəyişiklik edir”, -deyə məlumatda bildirilib.
Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Terror aktı ilə bağlı cinayət işi başlanılıb.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş