QARABAĞ AZƏRBAYCANDIR!

AzTV və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşərək vəfat etdi 25
2021-06-04 12:49 | 0 Rəy

AzTV və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşərək vəfat etdi

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

“Gundemtv.az” xəbər verir ki, bu barədə AzTV sədri Rövşən Məmmədov öz feysbuk hesabında məlumat verib.

“Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!
Həmkarlarımız xatirələrimizdə işinin peşəkarı, mərd və cəsur şəxslər kimi qalacaqlar!”,  -deyə R. Məmmədov qeyd edib.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş