QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycanla Qazaxıstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olundu 59
2022-10-13 09:33 | 0 Rəy

Azərbaycanla Qazaxıstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Ruslan Şpekbayev ilə görüşüb.

Bu barədə Gündəmtv.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi bildirilib və maraq doğuran digər məsələlər müzakirə olunub.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş