QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycandakı məşhur istirahət mərkəzində güclü yanğın - VİDEO (YENİLƏNİB) 75
2024-02-01 10:20 | 0 Rəy

Azərbaycandakı məşhur istirahət mərkəzində güclü yanğın - VİDEO (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi Lerik rayonunun Sivəkəran kəndində Təbəssüm İstirahət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.

Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Lerikdə yerləşən Təbəssüm Ailəvi İstirahət Mərkəzində güclü yanğın baş verib.

Bu barədə istirahət mərkəzinin sahibi Akif Əliyev məlumat yayıb.

Onun sözlərinə görə, yanğın nəticəsində mərkəzin 5 binası, mətbəx və qonaq otaqları yanıb.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş