QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycandakı bu binalar dayanıqlığını itirib 60
2023-10-28 17:00 | 0 Rəy

Azərbaycandakı bu binalar dayanıqlığını itirib

Azərbaycan mürəkkəb relyefdə və tektonik zonada yerləşir. Buna görə də tez-tez aşağı bal gücündə zəlzələlər baş verir. Belə təkanlar xüsusilə Xəzər dənizində və bəzi bölgələrdə qeydə alınır.

Bəs ölkədəki çoxmənzilli binalar zəlzələyə nə qədər davamlıdır?

Gündəmtv.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Nüsrət İbrahimov son 15 ildə tikilən binaların 9 bala hesablandığını deyir. Lakin zaman keçdikcə tikililər davamlılığı zəifləyir.

Ekspertin sözlərinə görə, sovet dövründə inşa edilmiş binalar öz dayanıqlığını itirib. Xüsusilə, mişar daşı ilə tikilən binaların bir çoxunda seysmik kəmər yoxdur. 

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə deyir ki, yeni tikililərə nəzarət bir neçə mərhələdə aparılır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş