QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycanda son bir həftədə 126 nəfər COVID-19-a yoluxub 88
2023-09-11 17:10 | 0 Rəy

Azərbaycanda son bir həftədə 126 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (04.09.2023-10.09.2023) 126 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 832 438 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 132 nəfərdir.
Ölkədə son həftə ərzində 2 909, hazırkı dövrədək isə 7 677 476 test aparılıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş