QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycanda dollara tələbat artdı 63
2022-10-13 09:33 | 0 Rəy

Azərbaycanda dollara tələbat artdı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Gündəmtv.az  xəbər verir ki, hərracda tələb 66,6 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (28 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 2,2 dəfə artıb. Ötən hərracda tələb 31 mln. ABŞ dolları olmuşdu.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.//APA

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş