QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycanda çox sayda yaşayış məntəqəsi QAZSIZ QALDI - SƏBƏB 34
2022-10-13 09:33 | 0 Rəy

Azərbaycanda çox sayda yaşayış məntəqəsi QAZSIZ QALDI - SƏBƏB

Bu gün Xaçmaz rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranıb.

Gündəmtv.az-a bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Xaçmaz" Qaz Paylayıcı Şəbəkəsindən qidalanan və Qaradağlı kəndinin ərazisində keçən 315 mm-lik orta təzyiqli qaz xəttinin ətrafında məişət tullantılarının yandırılması nəticəsində qaz xətti zədələnib. Bu səbəbdən 4 500 abonentin qaz təchizatı kəsilib. Artıq təmir işlərinə başlanılıb. İşlər sona çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş