Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbçisi şəhid olub - SİYAHI
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbi qulluqçusu şəhid olub.
Bu barədə "Gündəmtv.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 77-yə çatıb.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş