QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycan-Rusiya sərhədində yanğın başlayıb - VİDEO 71
2023-12-28 10:08 | 0 Rəy

Azərbaycan-Rusiya sərhədində yanğın başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinə (FHN) Azərbaycan-Rusiya sərhədində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Ölkə.az"a FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş