Azərbaycan Ordusunun qəzada həlak olan hərbçisi Elgün Həsənov dəfn edilib - YENİLƏNİB
Çətin relyefli dağlıq ərazidə baş verən avtoqəzada həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elgün Elşad oğlu Həsənov dəfn edilib.
Gündəmtv.az-ın məlumatına görə Elgün Həsənov Bakının Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
***
Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Elgün Elşad oğlu Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib.
Gündəmtv.az xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir.
Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş